Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar