Avstraliyada hava limanı bağlandı

Kanberra yaxınlığında meşə yanğınları Avstraliya hakimiyyətini sərnişin uçuşları üçün paytaxt hava limanını müvəqqəti bağlamağa məcbur edib.

“İnterfaks” xəbər verir ki, bu tədbir yanğının söndürülməsində iştirak edən təyyarələr üçün hava limanının və uçuş zolaqlarının istifadəsinə imkan verəcək.

Havanın yüksək temperaturu və güclü külək ölkənin şərqindəki bir neçə ərazidə yeni yanğınların yaranmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi hava limanının cənubundakı nəzarətsiz yanğının şəhərətrafı üç bölgənin sakinləri üçün birbaşa təhlükə yaratdığını açıqlayıb: “Bu şəhərətrafı ərazilərdəki insanlar təhlükə altındadır və yanğın yaxınlaşdıqda dərhal evakuasiya edilməlidirlər”.

Avstraliya keçən ilin sentyabr bəri əhaliyə, flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb. Hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar