Seçicilərə müstəqil namizədlə görüşə qadağa qoyulub - Qazaxda etiraz + FOTOLAR

107 saylı Qazax Seçki Dairəsində müstəqil namizəd Ramil Göyüşovun seçki kampaniyasına əngəllər yaradılır. Bu barədə AzPolitika.info-ya namizədin Seçki Qərargahından məlumat verilib.

Məlumatda qeyd olunur ki, yerli icra hakimiyyəti dairəərazisində seçicilərlə görüşlərə ciddi əngəllər yaradılır, görüşə gedən sakinlər hədələnir, onlara müxtəlif vasitələrlə təzyiqlər edilir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası bu dairədən Azərbaycanın Avropa Şurasındakı Nümayəndə Heyətinin rəhbəri, deputat Səməd Seyidovun namizədliyini irəli sürüb.

Onun əsas rəqibi “Qərb Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri, bölgədə tanınmış ictimai fəal Ramil Göyüşovdur.

Görünür, onun əhali tərəfindən ciddi dəstəklənməsi icra hakimiyyətində narahatlıq yaradıb vəmüstəqil namizədə qarşı təzyiqlərə start verilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar