“VÜQAR MÜƏLLİM “ELİNA İŞİ”ndə HƏYƏCAN TƏBİLİ ÇALMAQDAN ÇƏKİNMƏDİ” – Vəkillər Kollegiyasının üzvlərindən professora dəstək

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Dünya Tibbi Hüquq Assosiasıyasının I-ci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasıyasının vitse-prezidenti, Amerika Məhkəmə Təbabəti Assosiasiyasının fəxri üzvü, tibb elmlər doktoru, məhkəmə-tibb eksperti, Azərbaycan Tibb Universitetinin “məhkəmə təbabəti” kafedrasının professoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “kriminalistika və məhkəmə ekspertizası” kafedrasının professoru Vüqar müəllim Məmmədovun iştirak edəcəyi həm bir vətəndaş həmçinin də bir hüquqşünas kimi bizi çox sevindirdi.

İlk öncə onu qeyd edim ki, Vüqar müəllimlə tanışlığımız faciəvi cinayət hadisəsi ilə əlaqəlidir.

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atmışdır. 06 aprel 2019-cu il tarixdə uşaq 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdir.

Bu hadisəyə sıravi vətəndaşlar kəskin reaksiya versələr də, təəssüflər olsun ki, ziyalılarımızdan gözlənilən münasibəti görə bilmədik. Lakin Vüqar müəllim bir ziyalı alim kimi məsələnin istər hüquqi istərsə də mənəvi tərəflərinə toxunaraq hadisə ilə bağlı geniş şərhlərini verdi.

Həmçinin hadisəyə yalnız münasibət bildirməklə kifayətlənməyərək zərər çəkmiş Elina Hacıyevanın hüquqi varisi-anası Sevil Hüseynovanın vəkillərinə müraciət edərək bu işdə məhkəmə-tibb eksperti kimi iştirak etmək və həqiqətlərin üzə çıxmasında bizə kömək etmək istədyini bildirdi.

Vaxtını beynəlxalq konfranslar, elmi araşdırmalar, dərslər bütovlüklə alan alimin öz təşəbbüsü ilə bu işi aparan vəkillərlə əlaqə saxlayaraq bütün vaxtını bu işə sərf etməyə hazır olduğunu bildirməsi bizi çox mütəəssir etdi.

Bu işdə Vüqar müəllimin istər peşəkar mövqeyi, istərsə də bir vətəndaş-ziyalı mövqeyi yaxşı mənada bizi çox təəccübləndirdi.

“Elina işi” səhiyyəmizdə, təhsilimizdə, hətta mentatiletimizdə olan bir çox qüsurları çılpaqlıqla göstərdi. Vüqar müəllim bu problemlərə diqqət yetirərək bir ziyalı kimi həyəcan təbilini çalmaqdan çəkinmədi.

Qeyd edək ki, Hacıyeva Elina Ədalət qızının anası onun övladına 1 saylı Kliniki Tibbi Mərkəzdə düzgün diaqnoz qoyulmadığından və həkim səhvinin olmasından şübhələnir. Bu səbəbdən biz dəfələrlə həmin işə Vüqar Məmmədovun məhkəmə tibb eksperti kimi cəlb edilməsi barədə müvafiq orqanlara müraciət etdik.

Belə ki, Vüqar müəllim zərərçəkmişin ailəsinin etimadını qazana bilmişdi. Lakin təəssüflər olsun ki, vəsatətlərimiz təmin edilmədi.

Lakin buna baxmayaraq Vüqar müəllim yenə də bu işdə bizə köməkliyini əsirgəmədi.

İş üzrə dindirilən həkim-şahidlərə uşağın müalicəsi, ona qoyulan diaqnozla bağlı sualların tərtib edilməsi, alınmış cavabların analizi, həmçinin qərəzsiz və obyektiv mütəxəssis rəyinin tərtib edilməsi və s.

Bir daha qeyd edim ki, bu işdən əvvəl Vüqar müəllimlə nə bizim, nədə ki, mərhumun ailəsinin heç bir tanışlığı yox idi.

Bu işdə Vüqar müəllimin davranışı onu göstərdi ki, o, yüksək zirvələrə çatsa da, bununla kifayətlənmir və sadə xalqa kömək etmək niyyətindədir.

Hesab edirik ki, deputatdan xalqın gözlədiyi hər bir keyfiyyətlər Vüqar müəllimdə cəmləşib: ziyalılıq, peşəkarlıq, dürüstlük, ən əsası isə xalqa sevgi və qanunverici orqanın fəaliyyəti üçün lazım olan savad və bilik.

Bir daha qeyd edək ki, Vüqar müəllimi yalnız onun təşəbbüsü ilə bu kədərli hadisə ilə bağlı tanımışıq. Dediklərimiz də yalnız gördüklərimizə əsaslanır.

Ümid edirik ki, yeni formalaşacaq Milli Məclisdə məhz professor Vüqar Məmmədov kimi ziyalılarımız yer tutacaq.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri :

Sevinc Əliyeva,

Azər Nağıyev 

Emin İsayev.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar