Tehran ABŞ Dövlət Departamentinin təhdidinə cavab verib

Tehran ABŞ rəsmisi Brayan Hukun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə hədələməsinə münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi B.Hukun açıqlamasını ABŞ-ın məqsədli terrorizmin göstəricisi olduğunu bildirib.

"General Qaaniyə qarşı ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması bu ölkənin dövlət terroru və məqsədli terrorizm siyasətini rəsmi şəkildə aşkarlayır", - Musəvi deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar