Çinin Hubey əyalətində koronavirusa görə 10 şəhər bağlanıb - Ölənlərin sayı artıb

Çinin koronavirusun geniş yayıldığı Hubey əyalətində Uhan şəhərinin ardınca daha doqquz şəhərdə nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Beləliklə, nəqliyyatın fəaliyyətinin dayandırıldığı şəhərlərin sayı Uhan, Çibi, Eçjou, Xuanqan, Syantao, Çjiszyan, Syanszyan, Xuanşi, Enşi və Syannin də daxil olmaqla 10-a çatıb.

Uhan şəhərində ən ciddi karantin mövcuddur. Bu şəhərdə yerli vaxtla saat 10:00-da avtobusların, bərələrin, metronun, su nəqliyyatının hərəkəti dayandırılıb. Həmçinin aeroportda uçuşlar da ləğv edilib, şəhərin və ölkə hakimiyyəti ora getməməyi və xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edir.

Eçjou şəhərində də dəmiryolunun hərəkəti dayandırılıb. Syantao hakimiyyəti bütün avtobusların və su nəqliyyatının hərəkətinə fasilə verilib.

Qeyd edək ki, Çində 2019-nCoV koronavirusa yoluxanların sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı 849 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlikdən ölənlərin sayı da artıb. Ölkə ərazisində artıq 26 nəfər bu virusun qurbanı olub.

Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir. Bu virusa yoluxma hallarına artıq Yaponiya, İtaliya, Meksika, Sinqapurda da rast gəlinir. Britaniyada da bir neçə nəfər bu virusa yoluxub-yoluxmamaları ilə bağlı tibbi analizlərin nəticələrini gözləyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar