Angela Merkel İstanbula səfər edib

Almaniya kansleri Angela Merkel Türkiyə bu gün İstanbula səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, 24 yanvarda Angela Merkelin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşərək başda Liviya mövzusu olmaqla bölgə ilə bağlı bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər. A.Merkelin Almaniya-Türkiyə ticarət palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.

Eyni zamanda Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin düşərgəsinin açılış mərasimində iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar