“Azərbaycanın İsraildə səfirlik açacağına ümid edirəm” - Səfir

“İsrail dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və buna görə də bir çox dövlətlər ölkəmizdə səfirlik açmaq istəyir”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik jurnalistlərin Ermənistanın İsraildə diplomatik nümayəndəliyini açmaq niyyəti barədə sualı cavablandırarkən deyib.

“Ümid edirəm ki, Azərbaycan da İsraildə səfirlik açacaq. Buna tam dəstək verməyə hazırıq”, - C.Dik bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar