Bakıda dostunu söyüşə görə öldürən şəxsin cəzası azaldılıb

Ali Məhkəmədə öldürməkdə təqsirləndirilən Laçın Teymurovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası 17 il 9 aya endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il sentyabrın 11-də Xətai rayonunda baş verib. Füzuli rayon sakini L.Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Hadisədən sonra məlum olub ki, L.Teymurov avtomobili ilə F.Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib.

Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan mhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar