Çin koronavirusla mübarizəyə 144 milyon dollar vəsait ayırıb

Çinin Maliyyə Nazirliyi yeni növ koronavirusla mübarizə üçün 144 milyon dollar xərcləyəcək.

“Report” “Qazeta.Ru"ya istinadən xəbər verir ki, nazirliyin məlumatında qurumun yanvarın 24-də koronavirusun yayılmasına qarşı mübarizəyə yardım məqsədilə Hubey əyalətinə 1 milyard yuan (təxminən 144 milyon dollar) ayırdığı qeyd olunub.

Xatırladaq ki, ötən ilin sonunda Çin hökuməti Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Yanvarda xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğu məlum olub.

Son məlumatlara görə, Çində yeni növ koronavirusun səbəb olduğu sətəlcəmə yoluxanların sayı 876 nəfərə çatıb, 26 nəfər bu xəstəlikdən ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar