Türkiyədə ləğv olunan şirkətlərin sayı 5% artıb

2019-cu ildə Türkiyədə 84 102 yeni şirkət yaradılıb.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Palatalar və Birjalar Birliyi məlumat yayıb.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 1,4% azdır.

Ötən il Türkiyədə ləğv olunmuş şirkətlərin sayı isə 13 197 olub. Bu isə əvvəlki ilə nisbətən 5% çoxdur.

Təkcə 2019-cu ilin dekabr ayında isə Türkiyədə 7 849 yeni şirkət yaradılıb, 2 201 şirkət ləğv edilib. Bu isə 2018-ci ilin dekabr ayı ilə müqayisədə müvafiq olaraq 23,5% və 7,4% çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar