“Muğanbank” ASC-də struktur dəyişikliyi olub

“Muğanbank” ASC-nin təşkilati strukturunda bir sıra dəyişikliklər edilərək, departamentlərin adları dəyişdirilib. Belə ki,“Ödəniş sistemləri və təcili pul köçürmələri” departamenti bundan sonra “Ödəniş sistemləri departamenti”, “Sənədli əməliyyatlar və qiymətli kağızlar departamenti” isə “Sənədli əməliyyatlar departamenti” kimi fəaliyyət göstərəcəkdir.

Bundan əlavə “Pərakəndə bankinq və beynəlxalq maliyyə institutları” ilə iş departamenti “Pərakəndə bankçılıq departamenti” kimi fəaliyyət göstərəcəkdir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb.

Hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar