QÜDRƏT HƏSƏNQULİYEV KÜTLƏVİ GÖRÜŞLƏRƏ BAŞLADI – “Pensiyalar 500 manatadək artırılmalı, uşaqpulu verilməli və...” (Fotolar)

36 saylı Xətai dördüncü Seçki Dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev seçicilərlə kütləvi görüşlərə başlayıb.

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, bu gün Xətai rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının klubunda baş tutan görüşdə Qüdrət Həsənquliyev seçicilərə öz platforması barədə ətraflı məlumat verib.

BAXCP sədri dövlət quruculuğu, sosial və iqtisadi sahələrlə bağlı öz fikirlərini bölüşüb. Eyni zamanda islahatların önəmini vurğulayan Qüdrət Həsənqulyev təhsil, peşəkar ordu quruculuğu, özəl sektorla bağlı fikirlərini bölüşüb, Qarabağ probleminin həlli ilə bağlı düşüncələrini seçicilərin diqqətinə çatdırıb.

Qüdrət Həsənquliyev parlamentli respublika modelinə keçilməsinin, proporsional seçki sisteminin bərpa olunmasının, partiyaların və siyasi partiyalar blokunun parlamentdə 2/3-dən artıq yerə sahib olmaması üçün məhdudlaşdırıcı normaların qəbul edilməsinin, parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunması üçün yeni Seçki Məcəlləsinin qəbul edilməsinin, 10 nəfər millət vəkilinin fraksiya yaratmaq hüququnun tanınmasının vacibliyini vurğulayıb.

BAXCP sədri həmçinin ümumi hərbi çağırış müddətinin 6 aya endirilməsinin, məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsinin, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının korrupsiyanın subyekti olmayan müstəqil şəxslərdən təşkil edilməsinin vacibliyini seçicilərin diqqətinə çatdırıb və digər məsələrlə bağlı fikirlərini bölüşüb.

Sosial sahə ilə bağlı danışan Qüdrət Həsənquliyev bildirib ki, pensiyalar minimum əməkhaqqının 80 faizinə qədər artırılmalı və minimum 500 manata çatdırılmalıdır. İlkin mərhələdə 15 yaşadək uşaqlara 25 manat, sonrakı mərhələlərdə isə 50 və 100 manat məbləğində müavinətlərin verilməsi, müəllimlərin əməkhaqlarının ilkin mərhələdə 2 dəfə artırılması, işsizlərin minimum əməkhaqqının 80 faizi (400 manat) mislində müavinətlə təmin olunmasının önəmini qeyd edib.

İqtisadi sahə ilə bağlı danışan BAXCP sədri, bütün xidmət sahələrinin, dövlət mülkiyyətində olan istehsal və emal, əksər səhiyyə və təhsil müəssisələrinin özəlləşdirilməsini, habelə SOCAR-ın bir neçə yerə bölünərək özəlləşdirilməsini, özəlləşdirmə prosesində üstünlüyün yerli şirkətlərə verilməsini, bank-maliyyə sektorunda islahatların aparılmasını, Neft Fondunun vəsaitlərinin bir hissəsini yerli banklarda saxlamaqla sahibkarların ucuz kreditlərə çıxışının təmin edilməsini, inhisarçılığa son qoyulmasının vacibliyini seçicilərin diqqətinə çatdırıb.

“AzPolitika”










635x100

Şərhlər

Maşallah Kərəmov 2020-01-26 04:25:09

Qüdrət Həsənquliyev siyasətdə tamamilə təsadüfi bir adamdır. Şəxsən mən ona səs verməyəcəm. Hər seçkidə yeni dairədən namizəd olub və yuxarıların dəstəyi ilə (məlumdur hansı oliqarxın) deputat "seçilib". Bəs deyil?

Xalqın Xidmətçiləri 2020-01-25 01:42:11

Ötən il anıblar ki, ən az maaş Yaşam minimumdan çox olmaliymış?

Son yazılar