"HƏR AN YANINIZDA GÖRƏ BİLƏCƏYİNİZ MİLLƏT VƏKİLİ OLACAM" - Əsmər Əliyeva vədlərini açıqladı + FOTOLAR

46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın təbliğat-təşviqat görüşləri davam edir. Əsmər Əliyeva bu gün Şirvan şəhərinin Bayramlı qəsəbəsində seçicilərlə görüşüb.

“Şirvan şəhərinin hər bir sakini ilə görüşüb həmsöhbət olmaq, onları dinləmək, problemlərini, qayğılarını bilmək deputatlığa namizəd olaraq borcumdur”, – Əsmər Əliyeva bildirib.

Namizəd, daha sonra əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində çalışacağını bildirib: “Millət vəkili seçiləcəyim təqdirdə Şirvan şəhərinin sosial-iqtisadi inkişafıyla bağlı layihələr hazırlayacam, əhalinin məşğuliyyətinin təmin edilməsi üçün hökumət qarşısında məsələ qaldıracam. Siz sadə insanlar aktiv, işlək və hər an yanınızda olacaq millət vəkilinizin fəaliyyətini yaxından izləyə biləcəksiniz. Seçiləcəyim halda, hər an yanınızda görə biləcəyiniz millət vəkili olacam”.

Sakinlər öz növbəsində Əsmər Əliyevaya uğurlar arzulayaraq, onları narahat edən məsələr barədə məlumat veriblər. Əsmər Əliyevanın millət vəkili seçildikdən sonra şəhərə yeni təyin olunmuş icra başçısı İlqar Abbasovla birlikdə Bayramlı qəsəbəsinin problemlərinin həllinə köməklik göstərəcəyinə inamlarını ifadə ediblər.  

635x100

Şərhlər

Tamerlan 2020-01-26 17:47:00

Layiqli namized!

Şirvanlı 2020-01-25 18:27:56

14 ildi qanimizi icen o aile den bizi xilas et, ayaginin altinda ozum qurban kesecem

Son yazılar