Baş redaktor Prezidentə müraciət etdi – Rəhbərlik etdiyi saytın fəaliyyəti əngəllənir

Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Rabitə, nəqliyyat və yüksək texnologiyalarnaziri Ramin Quluzadəyə müraciət edib.

Müraciətə səbəb 2018-ci ilin Gəncə hadisələri zamanı məhkəmə qərarı olmadan bloklanan “Gununsesi”nin “info” domeninə qoyulmuş məhdudiyyətin aradan qaldırılmamasıdır.

Baş redaktor deyib ki, problemin hüquqi yolla həlli üçün Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər: “Nazirlik bloklanmanı əvvəllər inkar etmişdi. Nazir müavini Elmir Vəlizadə rəsmi məktub yazaraq, bildirmişdi ki, sayta hər hansı bir məhdudiyyət qoyulmayıb.

Məhkəmədə isə nazirliyin hüquqşünası Baş prokurorun 2018-ci ildə nazir Ramin Quluzadəyə yazdığı məktubu əsas gətirib və bunu etiraf edib. Ancaq həmin hadisələrin araşdırılması zamanı Gununsesi.info barəsində hər hansı məsuliyyət müəyyən olunmadı. Buna baxmayaraq, saytımızın bloku da götürülməyib.

Bununla yanaşı ölkədə internetin əsas mənbəyi olan “Delta Telekom” və “Azertelekom” provayderləri sayta müəyyən yerlərdə məhdudiyyətlər qoyub. Bu məhdudiyyət daha çox mobil operatorlarda və rayonlarda ortaya çıxır”.

Pərviz Həşimli ölkə başçısından yaranmış vəziyyətin aradan qaldırılması üçün müdaxilə etməsini xahiş edib.

O, bildirib ki, seçkilər ərəfəsində tanınmış xəbər saytının fəaliyyətinə maneçilik törədilməsi təxribat xarakterli hərəkətdir və bunun qarşısı alınmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar