Namizədlər hərbi hissələrdə təbliğat apara bilərlərmi? – Tanınmış vəkil qanunun tələbini izah edir

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində namizədlər dairə ərazisində yerləşən hərbi hissələrdə təbliğat apara bilərləmi? Qanunvercilikdə bununla bağlı hansı məhdudiyyətlər var?

"AzPolitika.info"nun bu barədə sorğusunu cavablandıran tanınmış vəkil Ceyhun Yusifov bildirib ki, Seçki Məcəlləsində bu barədə konkret qaydalar müəyyənləşib: “Məcəllənin 86.6. bəndində göstərilib ki, hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. 

Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər”.

Hüquqşünas vurğulayıb ki, bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.

AzPolitika info

635x100

Şərhlər

Ceyhun bəyə 2020-01-25 12:21:42

Əgər hərbi hissələrdə seçki təbliğatı parılmasə qadağandırsa,deməli hərbçilərin seçkiyə qatılması da qeyri qanunidir.Çünki Ordu yuxarıların əmrinə tabe qurumdur!Bunu da açıqlamanız doğru olardı.

Son yazılar