35 saylı Dairə Seçki Komissiyasının sədri istefa verdi

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib. Unikal.org-un məlumatına görə, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ. Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.

İ.Hüseynəliyev sayta açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Qeyd edək ki, sözügedən seçki dairəsində əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni” Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedəcəyi gözlənilir.

635x100

Şərhlər

AQAYEV 2020-01-25 19:19:17

İmran müə. ALLAH sizə şəfa versin.Siz cox aqıllı və uzaqğörən İNSANSINIZ.

Roma 2020-01-25 15:10:12

İqbal Ağazadə, partıya sədri, "ümüd"verici ictimai siyasi xədim...uraaaa...

eloqlu 2020-01-25 09:24:59

Iqbal mellim , ireliiiiiiii. !!!!!!!

elxan 2020-01-25 00:26:20

Ey sayt az sinənə döy sən və dostun .... Bunu bilmək yani o qadarmi catin ya?

Son yazılar