Zəlzələ səbəbindən Elazığ klublarının oyunları təxirə salınıb

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən zəlzələ ölkə çempionatının oyunlarının təxirə salınmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası Elazığı təmsil edən klubların qarşılaşmaları ilə bağlı qərar verib.

2-ci liqada çıxış edən “Elazığspor” və 3-cü dəstə təmsilçisi “Elazığ Bələdiyəspor”un yanvarın 26-na planlaşdırılan matçları qeyri-müəyyən vaxta keçirilib. Sonuncuların “Payasspor”la ev, 2-ci liqa təmsilçisinin “Tuzlaspor”la qarşılaşmalarının tarixi sonradan dəqiqləşəcək.

Qeyd edək ki, dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar