Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR

Ədalət Muradov 

Professor, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Gələcəkdə bizi nə gözləyir - Google şirkətinin Texniki Direktoru Rey Kurtsveylin proqnozu

2020 – Kompüterin hesablama gücü insan zəkası ilə müqayisə olunan səviyyəyə çatacaq.
2021 – Simiz internetə çıxış Yer kürəsi əhalisinin 85 faizini əhatə edəcək.
2022 – ABŞ və Avropada insanların robotlarla münasibətini tənzimləyən qanunlar qəbul ediləcək.
2024 – Avtomobillərdə kompüter intellekti məcburi olacaq və kompüter köməkçisi olmayan avtomobil idarə etmək qadağan ediləcək.
2025 – Kütləvi qadjet-implantant bazarı yaranacaq.
2026 – Elmi proqres hesabına bir vaxt vahidi ərzində öz həyatımızı daha çox uzada biləcəyik.
2027 – Robotlar soyuducular kimi adiləşəcək.
2028 – Günəş enerjisi o qədər ucuz olacaq ki, dünya əhalisinin toplam enerji tələbatını ödəyəcək.
2029 – Kompüter Tyurinq testini keçə biləcək və zəkasının olduğu sübut ediləcək.
2030 – Nanotexnologiyanın sənayedə geniş tətbiqi bütün məhsulların ucuzlaşmasına səbəb olacaq.
2031 – İnsan orqanlarının çapı üçün 3D-printerlər bütün xəstəxanalarda tətbiq ediləcək.
2041 – İnternetin buraxılış qabiliyyəti bü gün olduğundan 500 milyon dəfə böyük olacaq.
2042 – Ölümsüzlüyün ilk potensial reallaşdırılması baş verəcək. Bu immun sistemini tamamlayan və xəstəlikləri "təmizləyən" nanorobotlar hesabına baş verəcək.
2043 – İnsan bədəni istənilən formanı ala biləcək.
2044 – Qeyri-bioloji intelekt bioloji intelektdən milyardlar dəfə daha ağıllı olacaq.
2045 – Yer Kürəsinin təkliyi (sinqulyarlığı) baş verəcək və o, bir qiqant kompüterə çevriləcək.
2099 – Texnoloji təklik (sinqulyarlıq) bütün Kainata yayılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar