Yeni baş nazirin bacısı əmlak kralıdır – Miyonlarla dəyəri olan evləri və torpaq sahələri var

Rusiyanın yeni baş naziri Mixail Mişustinin 49 yaşlı bacısı Natalia Steninanın Moskvada və Moskva ətrafında ümumi dəyəri 1 milyard rubldan (16 milyon dollar) çox olan daşınmaz əmlakının olduğu üzə çıxıb.

Bu barədə məlumatı Federal Vergi Xidmətinin qapalı məlumatlarına istinadən BBC-nin Rus xidməti verib. Stenina Moskvanın mərkəzində Knightsbridge Private Park yaşayış kompleksində sahəsi 170 kvadratmetr olan mənzilin sahibidir. 

BBC-nin təxminlərinə görə, bu mənzilin qiyməti 180 milyon rubldur (3 milyon dollar). Mənzilin sahibi kimi “Rusiya Federasiyası” göstərilib.

Bundan başqa xanım Stenina Ağalarov yaşayış komleksində elit daşınmaz əmlaka malikdir. Rusiya antikorrupsiya fondunun məlumatına görə, bu daşınmaz əmlak Natalia Steninanın adına qeydiyyatdan keçirilib.

Rəsmi sənədlərdə “Rusiya Federasiyasının” əmlakı kimi göstərilən bu mülkün qiyməti 370 milyon rubldur (6 milyon dollar).

Bundan əvvəl Rusiyanın “Açıq media” saytı xəbər verirdi ki, Mişustinin ailəsi Nikola dağı adlanan ərazidə ümumi dəyəri 1,5 milyard rubl olan 2,6 hektar torpaq sahəsinə malikdir. ButorpaqdaSteninanınpayı 1,3 hektardır.

Rusiyadövlətreyestrində sahibinkimliyigizlədilir, ammaantikorrupsiyafondununməlumatınagörə butorpağınrəsmisahibiSteninadır. Budaxəbərverilirki, NataliaStenina özpartnyorları ilə birlikdə Moskvanın “Tverskoybulvarında” yerləşənbinanınsahibidirlər. Bubinada əvvəllər “NedalniyVostok” restoranı yerləşib.

Bubiznesdə Steninanınpayı 140 milyonrubldur. Putinin yeni baş nazirinin bacısı əvvəllər bu restoranda 25 faizə malik olub. 2019-cu ildə restoran bağlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar