PROFESSORUN RƏQİBLƏRİ QORXUYA DÜŞÜB - Nəsimidə seçki prosesinə qanunsuz müdaxilələr başlayıb

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 22 Saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Məmmədovun ərazidəki təbliğat-təşfiqat üçün nəzərdə tutulmuş lövhələrə yapışdırılmış plakatları kütləvi surətdə məhv edilir.

Bu barədə namizədin Seçki Qərargahından “AzPolitika.info”-ya məlumat verilib.

Məlumatda bildirilir ki, professorun seçiciləri ilə apardığı iş, ərazidə böyük dəstək qazanmasından narahat olan rəqibləri yolverilməz vasitələrə əl atmağa, seçki prosesinə qanunsuz müdaxilələr etməyə başlayıblar.

Belə ki, son 4-5 gündə Vüqar Məmmədovun dairə ərazisindəki lövhələrə yapışdırılmış xeyli sayda plakatı məhv edilib. Bu hal xüsusilə 22 saylı Dairə Seçki Komissiyasının (DSK) 9, 17, 18, 24 və 25 saylı məntəqələrində daha geniş vüsət alıb.

DSK ərazisində törədilən qanunsuzluqlarla bağlı deputatlığa namizəd Vüqar Məmmədovun vəkili Cavanşir Süleymanov və ərazidən deputatlığa digər namizəd Surə Əhmədova Prezident İlham Əliyevə və MSK sədri Məzahir Pənahova müraciət ediblər.

Müraciətdə bildirilir: “Sizin göstərişinizə və qanunun tələblərinə zidd olaraq 2 Saylı Nəsimi ikinci Seçki Dairəsinin ərazisində DİP və YAP namizədlərinin xeyrinə seçki prosesinin gedişinə qanunsuz müdaxilələr edilir.

59 saylı MİS-in (9 saylı seçki məntəqəsi) rəhbərliyinin göstərişinə əsasən digər namizədlərin plakatlarının məhv edilməsi, 24 və 25 saylı seçki məntəqələrinin yerləşdiyi, direktor və müavininin həmin məntəqələrdə sədr olduqları ,164 saylı məktəbin müəllim və valideynlərinin seçkiqabağı təşviqatda məcburi iştirakı faktları dəfələrlə qeydə alınıb.

22 saylı DSK və MSK-ya edilmiş çoxsaylı şikayətlər diqqətsiz saxlanılıb. Munasibət bildirməyinizi Sizdən xahiş edirik”.

Qeyd edək ki, 22 Saylı Nəsimi ikinci Seçki Dairəsindən YAP-ın namizədi Azərbaycan Dillər Universitetində rektorun müşaviri olan Sərraf Hüseynov, Demokratik İslahatlar Partiyasının (DİP) namizədi isə bu partiyanın rəhbəri Asim Mollazadədir .

Bundan əvvəlki 4 seçkidə YAP bu dairədə iddialı olmadığından inzibati resurslar Asim Mollazadənin xeyrinə fəaliyyət göstərib. Belə görünür ki, indi də həmin ənənəni davam etdirmək istəyirlər. Həm də hakimiyyətin ən ali səviyyədə seçki prosesinin şəffaf və ədalətli keçirilməsinə dair çağırışlarına baxmayaraq…

Adətən səsvermə günü işə salınan bu resursların vaxtından əvvəl fəaliyyətə keçməsi isə rəqiblərinin, yəqin ki, professor Vüqar Məmmədovun şəxsi nüfuzundan və apardığı kampaniyadan qorxuya düşməsi ilə bağlıdır.

Dünya Tibbi Hüquq Assosiasıyasının I-ci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasıyasının vitse-prezidenti, Amerika Məhkəmə Təbabəti Assosiasiyasının fəxri üzvü, tibb elmlər doktoru, məhkəmə-tibb eksperti, Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti” kafedrasının professoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının professoru Vüqar Məmmədovun getdikcə seçicilərin böyük dəstəyini qazandığını görən rəqibləri onun plakatlarını məhv etdirməyə, təbliğat kampaniyasına qanunsuz maneələr törətməyə çalışırlar.

Professorun Seçki Qərargahının üzvləri seçki cinayəti hesab olunan bu faktlarla bağlı tədbir görüləcəyinə ümid edirlər.

AzPolitika.info 



635x100

Şərhlər

İmadəddin 2020-01-26 04:29:04

Nəsimi rayonunun deputat sarıdan bəxti indiyə qədər gətirməyib. Bu rayonun iki deputatı - Məlahət İbrahimqızı və Asim Mollazadə seçiciləri sayıb qəbul da etməyiblər, ikisi də Azərbaycan xalqına lazımsız və yararsız və lazımsız adamdı. Səsinə hörmət edən seçici bunlara səsini verməz. Ötən il Nəsimi ili idi. Heç olmaza hakimiyyət şairə hörmət qoyub bunları qutudan bir daha deputat çıxartmasın. Ayıbdı.

AQAYEV 2020-01-25 19:24:10

Cənab Professor ALLAH yolunuzu acsın.

Son yazılar