Türkiyə Prezidenti Elazığa səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar