Gəncədə hərbi şəhərciyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər - FOTOLAR

37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən hərbi şəhərciyin sakinləri ilə görüşüb.

Namizədin Seçki Qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, ehtiyatda olan hərbi qulluqçuların, şəhid ailələrinin və hərbi şəhərciyin sakinlərinin iştirak etdiyi görüşdə ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində görülən böyük işlərdən danışılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, bütün sahələrində qazanılan əsaslı uğurlar Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılması üçün atılan addımlara nümunədir.

Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdar olduqlarını dilə gətiriblər.

Pərvin Kərimzadə seçicilərə onu səmimi qarşıladıqlarına, göstərdikləri yekdil dəstəyə görə minnətdarlığını bildirib, onları 9 fevral VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günü inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə – daha güclü Azərbaycan naminə səs verməyə çağırıb.

AzPolitika.info

635x100

Şərhlər

Seçici 2020-01-25 20:22:13

Niyə saytlar YAP-ın namizədlərindən başqa digərlərinin görüşlərindən reportaj,material vermirlər?

Son yazılar