Derbidə qalib gələn "Fənərbağça" 2-ci pilləyə yüksəlib

Türkiyə Superliqasında XIX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 3 görüş baş tutub.

Autsayderlərin duelində "Kayserispor"la "Ankaragücü" heç-heçə oynayıblar. Aşağı sıralarda qərarlaşan "Kasımpaşa" mövsümün sürpriz komandalarından olan "Alanyaspor"a doğma arenasında uduzub.

Mərkəzi oyunda "Fənərbağça" "Başakşəhər"i qəbul edib. Matçın taleyi son 20 dəqiqədə vurulan qollarla həll olunub. "Fənərbağça" legionerlərinin qolları sayəsində qələbə qazanaraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Türkiyə Superliqası

XIX tur 

25 yanvar 

"Kayserispor" - "Ankaragücü" - 1:1 

Mensah, 23 (pen.) - Kubalas, 68 

"Kasımpaşa" - "Alanyaspor" - 1:2 

Kuarejma, 67 (pen.) - Sisse, 34; Salih Uçan, 73 

"Fənərbağça" - "Başakşəhər" - 2:0

Maks Kruz, 72; Muriqi, 86

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar