Daşaltı əməliyyatından 28 il ötür

Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 28 il ötür.

"Report" xatırladır ki, əməliyyat Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər.

Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

635x100

Şərhlər

t.ədalət 2020-01-26 08:07:18

Daşaltı əməliyyatı keçirilən zaman ermənilərin nizami ordusu yox idi.Döyüşənlər rus hərbiçiləri i idi.Əməliyyata hər iki tərəfdən ruslar rəhbərlik edirdilər.Rusiyanın planı ilə hərəkət edən Mütəllibov bu əməliyyatı məğlubiyyətlə bitirmək,bununla da Azərbaycanda ordu quruculuğuna ciddi zərbə vurmaq istəyirdi.Əməliyyatdan öncə T.Mehdiyevi oğlu ilə birlikdə Şüvəlandakı pansionata aparanlar(Ali Sovetin müşaviri Bağırov) orda onun oğlunun çiyninə avtomat silah asaraq yola saldılar.Nəticə də göz qabağındadır.Rusiya bu gün də DQ ərazilərində ordusu ilə dayanıb.DQ ərazisində tikinti-abadlıq işləri aparan ermənilərə dayaq verir.Azərbaycan tərəf isə ermənilərin fəaliyyətinə heç bir müdaxilə etmir.

Son yazılar