“ÇOX BÖYÜK DƏSTƏK HİSS EDİRƏM...” – Müstəqil namizəd Turabxan Turabxanlı (FOTO)

12 saylı Qaradağ-Binəqədi- Yasmal Seçki Dairəsindən müstəqil namizəd Turabxan Turabxanlı 1982-ci ildə anadan olub. Ali təhsilli hüquqşünasdır. Bir müddət hüquq sahəsində və turizm sektorunda çalışıb. Daha sonra sığorta sistemində fəaliyyətə başlayıb. Hazırda 10 ilə yaxındır bu sektorda çalışır. Ailəlidir, 3 övladı var.

Namizəd “AzPolitika.info”-ya müsahibəsində seçkilərə qatılmaqda məqsədi, qalib gəlmək imkanları, seçki platforması barədə danışıb.

- Turabxan müəllim, seçki kampaniyanızda sizə uğurlar arzulayırıq. Növbədənkənar seçkidə iştirak qərarınız nə ilə bağlıdır, əsas məqsədiniz nədir?

- Təşəkkür edirəm. Hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi start götürüb. Dövlət qurumlarında geniş strukutur və kadr islahatları aparılır. Əsas hədəf ölkəmizin daha da güclənməsi, vətəndaşların rifah halının yüksəldilməsi, infrastrukturun, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Mən də hüquqşunas, sığorta sahəsində mütəxəssis olaraq bu islahatlara dəstək vermək niyyətindəyəm.

- 12 saylı Qaradağ-Binəqədi - Yasamal Seçki Dairəsindən namizədsiz. Niyə məhz bu dairə?

- Bu dairənin seçicilərindən dəstək almaq üçün geniş potensialımın olduğunu düşünürəm. Mən də bu dairənin ərazisində yaşayıram, bölgəni yaxşı tanıyıram, müxtəlif layihələrlə bağlı ərazidə araşdırmalar aparmışam.

- Dairənin əsas problemləri nədən ibarətdir? Söhbət həm infrastruktur, həm də əhalinin üzləşdiyi çətinliklərdən gedir.

- Platformamda bu barədə ətraflı qeyd etmişəm. Məlumdur ki, Qaradağ Azərbaycanın sənaye rayondur, burada onlarla müəssisələr, zavodlar fəaliyət göstərir. Eyni zamanda ölkənin əsas daş karxanaları burada yerləşir. Bu sənaye potensialından düzgün istifadə etməklə yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması, bununla ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələrin verilməsi mümkündür. Mən 4 ilə yaxın bu dairə ilə bağlı ciddi araşdırmalar aparıram. Burada ekosistemin inkişafı çox önəmlidir. Mən bununla bağlı Avropada və Türkiyədə çoxsaylı görüşlər keçirmişəm. Əlimizin altında ciddi layihələr var. Deputat seçilməsəm belə həmin bölgədə bu layihələri reallaşdırmağa çalışacağam. Hər kəsi bu sahəyə diqqət yetirməyə, layihələrə dəstək olmağa çağırıram.

Eləcə də Yasamal və Binəqədi rayonların problemləri, onlardan çıxış yolları ilə bağlı müfəssəl bilgilərim var. Ümid edirəm ki, millət vəkili seçilərək, onların həll olunmasında yaxından iştirak edib, seçicilərimizin arzu və istəklərini yerinə yetirəcəyik.

- Seçicilərə əsas vədləriniz nədən ibarətdir? Başqa namizədlərdən fərqli olaraq nə təklif edirsiniz?

- Seçki platformamda qeyd etdiyim kimi, seçicilərə əsas vədlərim yeni iş yerlərinin yaradılması, infrastrukturun əsaslı şəkildə yenilənməsi, bölgəyə dövlət nəzarətinin daha yaxşı təmin olunması və potensialdan səmərəli sitifadə olunmasına dəstək olmaqdan ibarətdir. Mən uzun illər sığorta sahəsində çalışdığıma görə, bu sahə ilə bağlı nüfuzlu şirkətlərlə yüzlərlə görüşlər keçirmişəm, birgə layihələr işləyib hazırlamışıq. Ona görə də görüləcək işlərin planlaşdırılması, daha yaxşı icra olunması üçün yaxşı təcrübəyə sahibəm. Həm hüquqşünas, həm sığortaçı, həm də dairə ərazisində ekosistemin araşdırılması zamanı əldə etdiyim təcrübə mənə millət vəkili kimi səmərəli işləməyə yardım edəcək.

- Qələbə qazanacağınıza əmin olduğunuz hiss olunur. Bu əminlik nədən qaynaqlanır?

- Mən həmin dairənin ərazisində yaşayıram, insanların gündəlik həyatda qarşılaşdıqları problemləri, arzularını, istəklərini yaxşı bilirəm. Eyni zamanda onların həlli yolları ilə bağlı digər namizədlərdən daha yaxşı imkanlara malikəm. Mən vətəndaşların bu dairədə necə bir deputat görmək istədiklərindən xəbərdaram, bütün platformam, vədlərim, qarşıma qoyduğum məqsədlər insanların ümidlərini doğrultmaq üçündür. Artıq seçki kampaniyasının bir həftəsi geridə qalıb. Bu müddət ərazində vətəndaşlarla keçirdiyim görüşlərdə onların çox böyük dəstəyini hiss edirəm. Hər gün komandamla birgə müxtəlif ünvanlarda oluruq, seçicilərdən aldığımız dəstək, enerji bizi daha da ruhlandırır. Ümid edirəm ki, seçki gününə qədər bu dəstək daha da genişlənəcək və mən də millət vəkili seçilib vətəndaşlarımızın, dövlətimizin xidmətində duracağam.

TURABXAN TURABXANLININ PLATFORMASI

Hədəflədiyimiz işlər və gözlədiyimiz nəticələr

1) Ölkənin 1 nömrəli Bakı-Qazax (Bakı-Tiflis) magistral xəttinin 30 kilometrdən çox qısaldılması

Gözlədiyimiz nəticələr: 

• Yük daşınmasında vaxt və maliyyə xərclərinin azaldılması 

• Əhalinin yollarda ortalama yarım saatadək az vaxt sərf etməsi, Bakıdan Gəncəyə 4 saata deyil, 3.5 saata çatmaq mümkün olacaq 

• Əhalinin nəqliyyat (yanacaq, ödəniş haqqı və s.) xərclərinin azaldılması 

• Həmin ərazilərin çiçəklənməsi, mehmanxana, motel, kafe, restoran və digər iaşə obyektlərinin açılması, yerli əhali üçün gəlir və iş yerləri 

• Tikinti zamanı yerli əhalinin işə cəlb olunması 

• Azərbaycanın dünyaca məşhur palçıq vulkanlarını görmək, eko-turizmin inkişafı və yerli əhali üçün gəlir və iş yerləri

2) Palçıq vulkanları və eko-turizmin inkişafı

Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın[1] şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Ərazilərin qorunması mütləqdir, lakin bir çox beynəlxalq təcrübə göstərir ki, bir çox hallarda magistral yolları Milli Parklar və qoruqların ərazisindən salınır. Beynəlxalq hüquqda məlum olan “servitut” hüququndan istifadə etmək olar. Bu addım qoruqlara damarağı artırmış olacaq, Azərbaycanda bu unikal təbiət hadisəsini çox insanlar görməyiblər, baxmayaraq ki, Qaradağ rayonundan, həmin ərazinin yaxınlığından dəfələrlə keçiblər.

Gözlədiyimiz nəticələr: 

• Eko-turizmin inkişafı, yerli və xarici tursitlərin səfərləri 

• Ərazidə (Qoruq ərazisinin yaxınlığında) iaşə obyektlərinin açılması, yerli əhali üçün gəlir və iş yerləri 

• Turizm ilə bağlı yan sahələrin (suvernirlərin hazırlanması, xidmət sahələri və s.)

3) Ərazidə olan əhəng daş karxanalarının səmərəli istifadəsi 

Qaradağ rayonunda unikal əhəng daş karxanaları mövcuddur. Bu daş karxanaları uzun illərdi kortəbii istismar olunub. Təklifimiz: 

a. Daş karxanaları dağ-mədən qaydalarına uyğun istismar olunsun və sahibkarlar qarşısında işə qəbul zamanı yerli əhaliyə üstünlük verilsin; 

b. İş şəraiti (təhlükəsizlik, sağlamlıq və s.) və məvaciblər yaxşılaşdırılmalıdır; 

c. İstismaq olunmuş daş karxanaları bağlanmalı və rekultivasiya olunmalı, relyef bərpa olunmalıdır. Bu Bakı şəhərinin və ətraf ərazilərinin küləkli dövrdə tozla çirklənməsinin qarşısını alacaq, insan sağlamlığı və ətraf mühit üçün təhlükəyə son qoyacaqdır; 

d. Daş karxanaları yalnız tikinti daşı (kubik) istehsalı deyil, digər üzlük, memarlıq elementlərinin istehsalında istifadə edilməli və dövlət tərəfindən bu cür yerli materialları təşfiq edən iqtisadi mexanizmlər işlənməlidir.

Gözlədiyimiz nəticələr: 

• Yerli sahibkarlıq subyektlərinin inkişafı 

• Yeni iş yerləri və gəlir mənbələri 

• Ərazinin iqtisadiyyatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşıdılması

4) Ərazidə sənaye və alternativ enerji imkanlarının qiymətləndirilməsi

Ərazinin böyük sənaye potensialı var, belə ki, ölkə iqtisadiyyatı əsasən paytaxt Bakıda mərkəzləşdiyindən və əsas bazara yaxınlıq burada sənaye kompleksləri, yerli istehsalat müəssisələrin yaradılması üçün böyük imkanlar yaradır. Həmçinin beynəlxalq limana, dəmir yoluna və beynəlxalq hava yollarına yaxınlıq, gələcəkdə Azad İqtisadi Zonanın qurulması yan sənayenin inkişafına stimul verəcək. Bu potensialın qiymətləndirilməsi, təhlili və dövlət tərəfindən təşfiq və dəstəyin verilməsi ilə ərazini sənaye zonasında çevirmək olar. 

Bundan əlavə ərazinin böyüklüyü və bir çox torpaqların kənd təsərrüfatı və başqa məqsədlər üçün məhdud yararlı olduğunu, həmçinin küləkli və günəşli günlərin çox olmasını və ən böyük istehlak bazarının – Bakının və ərazidə qurula biləcək sənayeni nəzərə alaraq, burada alternativ enerjinin əldə edilməsi dövlətin verdiyi dəstək və təşfiq ilə iqtisadi və ekoloji mənfəətlər əldə etməyə imkan verir.

635x100

Şərhlər

Bashirov Qarib 2020-01-26 23:54:43

Bu məşhur çox hörmətl Rafiq Turabxanlının oglumudur? Əgər odursa, atasının xatirinə ona səs verməyə çagırıram.

Sahib Məmmədov AR SQ EZ 2020-01-26 21:52:04

Allah Turabxan müəllimə can sağlığı, seçkilərdə qələbə nəsib etsin işAllah. Səmimi qəlbdən onu dəstəkləyirəm. Hamınızı Turabxan m, dəstək, səs verməyə çağırıram. Eyni zamanda ondan SQ-in ehtiyatında olan zabitlərində mövcud problemlərinin həll edilməsi (Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsi əsasinda mənzil ilə təmin olunma məsələlərinə diqqət yetirilməsinə şeylər göstərməsi haqqında xahiş edirəm. Belə ki bu məsələ dövlətimizin başçısı tərəfindən daimi gündəmdə saxlanılır.

Sahib Məmmədov AR SQ EZ 2020-01-26 19:06:37

Allah Turabxan müəllimə can sağlığı, seçkilərdə qələbə nəsib etsin işAllah. Səmimi qəlbdən onu dəstəkləyirəm. Hamınızı Turabxan m, dəstək, səs verməyə çağırıram. Eyni zamanda ondan SQ-in ehtiyatında olan zabitlərində mövcud problemlərinin həll edilməsi (Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsi əsasinda mənzil ilə təmin olunma məsələlərinə diqqət yetirilməsinə şeylər göstərməsi haqqında xahiş edirəm. Belə ki bu məsələ dövlətimizin başçısı tərəfindən daimi gündəmdə saxlanılır

Sahib Məmmədov AR SQ EZ 2020-01-26 19:04:40

Allah Turabxan müəllimə can sağlığı, seçkilərdə qələbə nəsib etsin işAllah. Səmimi qəlbdən onu dəstəkləyirəm. Hamınızı Turabxan m, dəstək, səs verməyə çağırıram. Eyni zamanda ondan SQ-in ehtiyatında olan zabitlərində mövcud problemlərinin həll edilməsi (Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsi əsasinda mənzil ilə təmin olunma məsələlərinə diqqət yetirilməsinə şeylər göstərməsi haqqında xahiş edirəm. Belə ki bu məsələ dövlətimizin başçısı tərəfindən daimi gündəmdə saxlanılır . Lakin bəzi məmurlar bu sahədə qəbul edilən qanunvericiliyin təmin olunmasında zabitlər üçün problemlər yaradır. Ümidvaram ki Turabxan m, özfəaliyyətindəi bu sahəyə də diqqət yetirəcək dur.

Orxan Məmmədzadə 2020-01-26 18:40:33

Turabxan müəllimə uğurlar arzu edirəm! Əminəm ki xalqımız doğru seçim edərək Turabxan müəllimə səs verəcək!

Azad 2020-01-26 15:47:06

Hörmətli Turabxanlı Turabxan sizi ürəkdən dəstəkləyir və hədəfləriviz içinde başda olan millətə laiqince xidmət edəcəyivize səmimi qəlbdən inanıram.

Serdar Hemidov 2020-01-26 11:19:20

Turabxan bəyə uğurlar arzulayiram. Bizim eraziya bəla cavan ish goren adamı lazimdir. Var olun! Sizə inanırıq.

Son yazılar