Tbilisi polisi Azərbaycanın iki vətəndaşını narkotiklərlə saxladı

Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilir.

1985-ci il təvəllüdlü X.N. və 1982-ci ildə doğulmuş N.Q. Kvemo-Kartli Polis Departamenti və Qardabani Rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb. Onları 20 ilə qədər həbs cəzası gözləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar