Çin virusu mutasiya edib - Daha tez yayılmağa başlayıb

Çinin səhiyyə işləri üzrə Dövlət Komitəsinin başçısı Ma Syaovey bəyan edib ki, ölümcül konronovirus epidemiyası “nisbətən ciddi və mürəkkəb mərhələyə” keçib.

Onun sözlərinə görə, virusun yayılma xüsusiyyəti güclənir və indi o, insandan insana daha tez keçməyə başlayacaq.

“Əgər genlərin yerləşmə ardıcıllığından yanaşsaq, koronovirusun yeni tipi SARS-dan və MERS-dən fərqlənir. O, artıq heyvandan insana keçmək mərhələsini adlayıb və insandan insana keçmək mərhələsinə çatıb” - deyə, komitə sədri mətbuat konfransında danışıb.

Sənaye və informatizasiya nazirinin müavini Van Szyanpin qoruyucu vasitələrinin ciddi çatışmazlığı barədə bəyan edib. İlk növbədə, maska və kostyumlar çatışmır. Bayram günləri səbəbilə, istehsal müəssisələri yalnız 40 faiz gücü ilə işləyir. Ona görə də ölkə həyati əhəmiyyətli malları idxal etməyə başlaya bilər.

Bu arada dünyanın müxtəlif guşələrindən yeni yoluxma halları barədə həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, ABŞ-da xəstələnənlərin sayı artıq 3 nəfərə çatıb. Bu barədə xəbəri Orinc dairəsi (Kaliforniya ştatı) infeksiya xəstəlikləri ilə mübarizə agentliyi yayıb.

Əksər hallarda olduğu kimi, xəstə Çinin epidemiya ocağından - Uxandan gəlib.

Bazar gününə olan məlumata görə, koronovirusla 1975 nəfər yoluxub, 56 nəfər ölüb. Əhalisinin sayı 1,2 milyard təşkil edən 25 Çin əyalətində fovqəladə vəziyyət elan olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar