CEYHUN YUSİFOV RƏQİBİ RASİM MUSABƏYOVU DEBATA ÇAĞIRDI - "Xərc məndən, gəlmək ondan"

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Ceyhun Yusifov rəqibini - sabiq deputat Rasim Musəbəyovu debata çağırıb. Bu barədə məlumatı Ceyhun Yusifov özünün "Facebook" səhifəsindən paylaşıb.

"İctimai televiziyaya ödənişli şərtlərlə çıxmaq imkanımı Rasim Musabəyovlə debata çevirmək istəyirəm. Xərc məndən, gəlmək ondan" - deyə tanınmış vəkil bildirib.

Bu arada Ceyhun Yusifovun seçki qərargahından "AzPolitika.info"ya verilən məlumata görə, 18 saylı Dairə Seçki Komissiyasının (DSK) bəzi məntəqələrində gənc vəkilin reklam posterlərini cırıblar. Seçki qərargahı hələlik 5 məntəqədə bu halı müəyyən edib. Bunlar 5, 11, 12, 13  və 31 saylı mətəqələrdir.

Bundan əvvəl də Ceyhun Yusifova qarşı başqa təxribatlardan istifadə olunub. Bu da rəqiblərinin onun nüfuzundan çəkindiyini göstərir. 

Qeyd edək ki, tanınmış vəkil Ceyhun Yusifov 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitiriib. Əmlak fəaliyyətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mütəxəssis olaraq başlayıb. 

Sonrakı illərdə Nəqliyyat Nazirliyində və Səhiyyə Nazirliyində hüquqşünas olaraq əmək fəaliyyətini davam etdirmişdir. Həmçinin Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsinin rəisi olub.

2009-cu ildən etibarən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olaraq, 5 saylı Vəkil Bürosunda vəkil olaraq fəaliyyət göstərməkdədir. Vəkillik fəaliyyəti dövründə çoxsaylı hüquqşünasların yetişdirilməsində əvəzsiz rolu olmuşdur. 

Ölkədə ən çox bəraət almış vəkillərdən biridir. Fəaliyyəti dövründə bir çox tanınmış şəxslərə hüquqi yardım göstərmiş, o cümlədən ictimai rezonans yaratmış işlərdə vəkil kimi çıxış etmişdir.

Eyni zamanda vəkillik fəaliyyəti dövründə Vəkillər Kollegiyası tərəfindən fəxri fərman və yüzillik medalla təltif olunmuşdur. Hal-hazırda vəkillik fəaliyyəti ilə yanaşı Ədliyyə Akademiyasında yeni vəkil namizədlər üçün icbari təlimi tədris etməkdədir. Ailəlidir, 2 övladı var. 

635x100

Şərhlər

Oqtay 2020-01-28 13:41:41

Rasim Axpolitikada bir ara kimlə sə polemikaya girdi və biyabır oldu .Bəs deyilmi.Kimdi axı o.

tarana 2020-01-27 20:36:33

Yamanda dagdir. Goresen indeyrdek Rasim muellim siyasetde ne edib ne proqnoz verib. Necesi duz cixib ?

Hüseyn Həsənov 2020-01-27 15:24:53

Maraqlı olar. Musabəyov aydındır. İqtidarı tərifləməklə məşğuldur. Ceyhun müəllim Parlamentdə nə ilə məşğul olaqcaq.

Omer 2020-01-27 15:04:44

Rasim muellim in ozunu yox, vekillerinden biri I cagira bilersiniz.. Vaxti da geri cekilmeyi bacarmaq lazimdir.. Rasim muellim siaset aleminde u a dagdir.. Ona gore helelik numayendesini cagirin. Ugurlar

Son yazılar