Çinin Vuhan şəhərini 5 milyondan çox insan tərk edib – Koronavirusa görə
Baxiş sayı:
Dərc olunub:
26/01/2020 - 23:03
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.
Bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:
“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.
Təxminlərimizə görə, hal-hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”. /Report
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.