Məktəblilərin qış tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar