“ƏLİ HƏSƏNOVUN HİMAYƏÇİLİYİ ALTINDA 10 İL DEPUTAT OLAN..." - YAP üzvlərinə şok məktub

Tanınmış təhsil eksperti, 31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Etibar Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinə açıq məktub ünvanlayıb.

“AzPolitika.info” xəbər verir ki, E.Əliyev məktubda rəqibi, 10 il bu dairədən deputat olmuş Fərəc Quliyevi hədəfə götürüb.

“Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixinə növbədənkənar parlament seçkiləri təyin olunub. Mən də bu prosesə 30 illik ictimai fəaliyyətimi nəzərə alaraq qoşulmuşam. 31 saylı Suraxanı 2-ci Seçki Dairəsində rəqiblərimizin sırasında 10 il bu dairədən deputat olmuş, lakin bu müddətdə dairənin ərazisində böyük nifrət qazanmış Fərəc Quliyev də var”, - E.Əliyevin məktubu belə başlayır.

Namizəd daha sonra yazır: “Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olmuş F.Quliyev adını çəkdiyim dairədən yenə namizədliyini irəli sürüb və onun 26 yanvarda Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirdiyi görüşdə müəllimlərin məcburi iştirakı təmin edilib. Bunu təsdiq edən video-görüntülər də var. Fərəc Quliyev kimi yarıtmaz bir adamın keçirdiyi tədbirə gətirilən insanların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Ona məmurların və hakim partiyanın dəstəyi açıq hiss olunur.

Bu məsələ çox təəccüblüdür. Heydər Əliyev tərəfindən təsis olunmuş Yeni Azərbaycan Partiyası artıq neçə illərdir hakim partiya funksiyasını daşıyır. Belə olan təqdirdə Heydər Əliyevi ağır ifadələrlə ittiham etmiş Fərəc Quliyevin artıq üçüncü müddətə - 15 il 31 saylı 2-ci Suraxanı Seçki Dairəsindən deputat olmasına dəstəyi heç vəchlə anlamaq olmur.

Fərəc Quliyev “Yeni Müsavat” qəzetinin 10 sentyabr 1992-ci il tarixli sayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə ünvanladığı “Açıq məktub”da ona ən ağır ittihamlar səsləndirib. Fərəc Quliyev Heydər Əliyevi Azərbaycanın maraqlarını düşmənlərə güzəştə getməkdə ittiham etməkdən belə çəkinmir, nələr söyləmir. Kimsə istəsə həmin yazını tapıb oxuya və hər şeyi öz gözləri ilə görə bilər. Amma indi Fərəc Quliyev YAP nümayəndələrinin dəstəyinə arxalanır”.

E.Əliyev məktubunu belə bitirir: “Yeni Azərbaycan Partiyasının 100 minlərlə üzvü partiyanın qurucusuna qarşı yönəlmiş bu cür absurd iddiaları unudublarmı? Amma Fərəc Quliyevin keçirdiyi seçki tədbirinə gətirilən insanların içərisində əksəriyyət Yeni Azərbaycan partiyasının üzvləridir. Yenə də onu dəstəkləyib, səs verəcəksiniz? Özü də dairədə 10 nəfər tərəfdarı olmadığı halda. Həm də dəyişikliklər elan olunduğu bir vaxtda!

Fikrimcə partiyanın rəhbərliyində olan insanlar və sıravi üzvlər bu barədə düşünməlidir”.

“AzPolitika”

635x100

Şərhlər

Abbaszadə İlham 2020-01-28 13:29:09

Fərəc niyə namizədliyini doğulduğu.Naxçıvan AXC-sinin sədri olduğu Naxçıvandan vermir? Niyə bunu zorla Bakıdan namizəd yazırsınızşBakılıların ondan zəhləsi gedir.Əgər deputat siyahisində görünsə bu saxtakarlığın nəticəsi olacaq.Çünki o heç zaman Bakıdan lazımi sayda səs toplaya bilməz! Kim tanıyır onu?sıAzərbaycanın rayonlart

Cəfər 2020-01-28 13:24:09

Yolunu,əqidəsini dəyişən şəxslər necə illərlə deputat yazılırlar? Bunu Əli Əhmədovdan sporuşmaq yerinə düşər.Əli Əhmədov siyahisini MSK-ya təqdim edib kənarda durur.İcra başçılarına gpstəriş verir ki.onun namizədlərinin protokollarda seçildiyi göstərilsin.Kimdi bülletenləri sayan.Əsas protolkollardır.Şair demişkən əsas səs verənlər deyil,əsas bu səsləri hara deyiblərsə ora yazanlardır.tl

t.ədalət 2020-01-27 23:35:08

Fərəc Quliyevin Əli Həsənovla heç bir bağlılığı yoxdur.Etibar müəllim bu məsələdə yanılır.Fərəc Quliyevin birbaşa Heydər Əliyevlə bağlılığı var.Naxçıvanda Heydər Əıliyevin mühafizəsi ilə məşğul olanlardan biri də F.Quiliyevdir.

Seçici 2020-01-27 21:55:43

Etibar müəllim, nə yaxşı ki, bəzi faktları və məqamları oxuculara açıqlamısan. Amma bu məsələləri ölkənin bütün elektron mediası yayımlamalı, Ulu Öndərə və onun yaratdığı partiyaya məhz hakiniyyətin içindən xəyanət olunduğu açıqlanmaldır. Onsuz da hamı bunları bilir, amma danışmağa çəkinir. Sizə sual verirəm: Prezidentin kömkçisi, YAP İdarə heyətinin üzvü niyə Fərəc Quliyevi himayəsinə almışdı. Onun H.Əliyevə qarşı Naxçıvanda apardığı qeyri-etik və sağlam olmayan qərəzli siyasi kampaniya Əli Həsənov da, ondan yuxarılar da yaxşı bilirlər. Belə faktlar çoxdur. Vaxtilə Heydər Əliyev haqqında mətbuatda ən ağır ifadə işlədənlərə yüksək vəzifələr verildi, himayə olundu. Bu fakları yalnız siz yox, elə PA-da da, ən ali mərtəbədə də, YAP üzvləri də bilirlər. Görünür Ulu Öndərin yolunu belə "davam etdirirlər"...

AQAYEV 2020-01-27 20:48:49

AXCP-nin hakimiyyəti vaxtında Ramiz adlı bir həfəri BƏY qəbul etdi və onu Ticarət naziri qoymaq barədə qərar qəbul etdi.BƏY dedi ğed fərəcin yanına qoy sənə təqdimat versin biz ğəldik AXCP-nin qərəerğahına mən cöldə ğözlədim RaMiz icəri ğirdi mən cöldə ğözləyirdim 30-dəqiqə kecmiş ğəldi halı pis iydi səbəbib soruşdum dedi ğedək.O vaxt Ramiz BŞTİ-nin rəisi iydi o hər şeyini yıqıb ğetdi evə bir daha işə cixmadə.fərəc onun anasın var yoxun söymüşdü.Ramizin yerinə BAKI ŞTİ-nə bir ekspiditil təyin etdilər.COBANIN biri iydi.

Sahlar Əsgərov 2020-01-27 18:57:50

Etibar müəllim, İnanmıram ki, YAP-çılar Heydər Əliyevi söyən kəsə səs verə, inanmıram! Bitərəf olsan da sən YAP-ın şərəfini qorudun.Sağ ol və uğurlar diləyirəm

Hüseyn Həsənov 2020-01-27 16:13:19

Milli Məclisin üzvülüyinə can atanları başa düşə bilmirəm. Təslimçi sülhə səs verməyə tələsirsinizmi?!

Omer 2020-01-27 14:58:19

Sizin yapa mektubunu basa dusulen deyil.. Komek isteyirsinizmi? Gucdu reqibi geri goturmeye me bur edirsinizmi.? Yada secimi xalqin edeceyine inanmirsiniz.. Eger beledise niye namized olmusuz.. .. Ugurlar

Araz 2020-01-27 14:38:14

memmedeli müəllim ferec niyə utanmalıdır ki ! Özü deputat maaşı alır,uşaqları da yaxşı işlərdə çalışırlar.Bizlər utanmalıyıq ki belə ağzıköpüklü müxalifetimiz olub.

vusal 2020-01-27 13:39:15

ayibdir vallah

memmedeli 2020-01-27 13:20:00

bu ferec utanmir hec.qaracuxurda onu hoydu hoyduyla qovdular.oglanlarinin biri DIN de,o biri FHN de ve 3 cusu Gomrukde yuksek postlar tuturlar.Ay Etibar bu adam Ulu Ondere qesd hazirlayan adamdir

Son yazılar