"Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm" - İki namizəd Rüstəmxanlıya görə geri çəkilib

"Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm".

Axar.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının Neftçala Rayon Təşkilatının sədri Əlibaba Əliyev Xalq şairi, 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlının Tatarməhəllə kəndində keçirdiyi görüşdə çıxış edərkən deyib.

O bildirib ki, eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atıb:

“Sabir bəy ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o, sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.

635x100

Şərhlər

Hüseyn Həsənov 2020-01-27 16:16:21

Bu günə qalmağımılzın səbəblərindən biri də ziyalılarımızın olmamasıdır...

Son yazılar