UNEC beynəlxalq reytinqdə liderdir

Webometrics reytinq təşkilatının 2020-ci ilin yanvar ayında açıqladığı “Şəffaflıq Reytinqi - Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universitiesi by Citations in Top Google Scholar profiles) reytinqinə əsasən UNEC Azərbaycanda liderdir.

UNEC-dən  bildirilib ki, reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1821 istinad edilib. UNEC əldə etdiyi nəticə ilə Truman State University, Lincoln Memorial University, Norfolk State University, Claremont Colleges, University of South Carolina Upstate, Indiana University Kokomo, Hampshire College, Northcentral University (ABŞ), Trinity Western University, Saint Thomas University (Kanada), Robert Gordon University (Birləşmiş Krallıq) kimi Qərbi Avropa və Amerika universitetlərini qabaqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar