6 RAYONUN TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ İŞDƏN QOVULUB - Korrupsiya faktlarına görə

"Görülən işlər nəticəsində ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib".

Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir: "Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".

Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Təəssüf ki, bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".

635x100

Şərhlər

Şəkidən 2020-01-29 16:17:23

Cənab Nazir, Südabər xanım yaddan çıxmasın ?

Müəllim 2020-01-29 14:22:26

Məsələnin kökü rayonlarda deyil.Su başdan bulanıqdır. Necə ola bilir ki,6 rayonda birdən korrupsiya müəyyən olunur?Bəs nazirlik nə ilə əşğuldur.Bu təhsil şöbələrinin rəislərini rüşvətlə təyin edəndə onlar nə etməlidirlər?Borc alıb rüşvət verən borcunu haradan qaytarmalıdır? Axı müəllimlərin maaşı rüşvət verməyə imkan vermir.Yalnız borcla bunu edirlər.

AQAYEV 2020-01-28 19:51:21

NƏ ücün yazdıqımız tənqidi fikirləri TƏHSİLDƏKİ biabırcılıqı vermirsız.

AQAYEV 2020-01-28 19:48:44

Təzə ğələn direktor ac qurd kimi düşür MÜƏLLİMLƏRİN üstünə ki, ayda mənə 20-azn verməlisiz.QARADAQ r-n -nun SAHİL qəs.təqaüddə olan müəllimə 600-aze alır Aaərbaycan DU-ni qurtaran müəllimə 200-aze əmək hakqı alır.B una nə ad vermək olar.BURDAN RÜŞVƏT İYİ ĞƏLİR CƏN.NAZİR... CƏN.REZİDENTƏ MÜRACƏT UNVANLAYACAM O bizim MİLLƏT Vəkili olub bə məni tanıyır.

AQAYEV 2020-01-27 21:23:50

Cən.Nazir Qaradaq r-nunun Sahil qəsəbəsində 228-saylı məktəbə baxın.Bir müəllimə eyni ixtisas üzrə dərs deyib 600-azn əmək hakqı 400-azn də yəqaüd alır diğər müəllimə Bakı DU-bitirib 200-azn alır sizcə burda cimayət yoxdur. belə hallar ARTIB.Nə deyə bilərsiz.

Son yazılar