Belçikalı senator AŞPA-nın yeni prezidenti ola bilər

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır.

“Report”un Fransa bürosu xəbər verir ki, sessiya çərçivəsində quruma yeni prezident seçiləcək və belçikalı senator Hendrik Daems bu vəzifəyə yeganə namizəddir.

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar