İcra başçısı seçkilərə müdaxilə edir - Ramil Göyüşov Rəcəb Babaşova müraciət etdi (VİDEO)

107 saylı Qazax Seçki Dairəsindən müstəqil namizəd Ramil Göyüşovun seçki kampaniyasına manelər davam edir.

“AzPolitika.info” xəbər verir ki, namizəd bu barədə növbəti video müraciətində məlumat verib. O, qeyd edib ki, xüsusən, Kosalar kəndində əhali onun təbliğat materiallarını götürməyə qorxur ki, sonradan onları incidəcəklər.

Namizəd icra başçısı Rəcəb Babaşova müraciət edərək, qeyd edib ki, inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir: “İnsanların iş yerlərindən və gəlir yerini itirmək qorxusundan istifadə etməklə özünüzə xeyir edən namizədi seçmək istəyirsiniz. Azərbaycan dövlətinin verdiyi səlahiyyətdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olursunuz...”

Ramil Göyüşovun çıxışının tam mətnini aşağıdakı videoda dinləyə bilərsiniz.

Qeyd edək ki, Ramil Göyüşovun Seçki Qərargahı seçki pozuntularını əks etdirən faktları lentə alıb.

635x100

Şərhlər

Birisi 2020-01-27 18:17:08

Seckilere mudaxilenin yeni metodu.

Son yazılar