Əflatun Amaşovun dairəsindən kim mandat alacaq? – Parlaq namizəd yoxdur, amma...

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun V çağırış Azərbaycan Milli Məclisinə deputat seçildiyi 62 saylı Saatlı Seçki Dairəsindən 10 nəfər namizədliyini irəli sürüb. Onların arasında MŞ sədrinin adı yoxdur. Ə.Amaşov səbəbini açıqlamasa da, növbədənkənar seçkilərdə iştirak etmir.

Bəs həmin dairədən millət vəkili olmağa ən şanslı namizədlər kimlərdir?

Mərkəzi Seçki Komissiyasının informasiya bazasında adları olan iddiaçılardan cəmiyyətdə tanınmış şəxslər yoxdur. Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan Foklor İnstitunun “Dədə Qorduq” şöbəsində aparıcı elmi işçi olan Əziz Ələkbərovdur.

İş yerlərinə görə diqqətçəkən namizədlərdən “Azərbaycan Turizm Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Nahid Bağırov, Vəkillər Kollegiyasının üzvü Şamxal Babayevdir.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində heyvandarlıq sektorunun müdiri Həmid Qasımov, Saatlı Peşə Liseyində istehsalat təlim ustası Rahib İsmayılov da deputat olmaq niyyətindədirlər.

Bəzi məlumatlara görə, bu dairədə hakimiyyətin əsas namizədi “Azərbaycan Turizm Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Nahid Bağırovdur..

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar