HANSI ÜZLƏ BUNLARI EDİRSİNİZ?... – “Əlöpən” deputatlara xatırlatma

Son günlər deputatlığa namizədlər arasında yaşlı, ahıl seçicilərin ayağına gedib, onlara baş əymək, əllərini öpmək, qucaqlamaq, onlarla söhbətləşmək və bunları foto, videoçəkilişlərlə qeydə almaq kimi tendensiya bir növ trendə çevrilib.

Bəzən hətta nə baş verdiyini anlamaqda çətinlik çəkən yaşlı insanların təəccüblü baxışları deputlığa namizədlərin sevə-sevə paylaşdıqları həmin fotolardan də sezilir...

Bu hərəkətləri primitiv də olsa, seçki texnologiyasının tərkib hissəsi saymaq olar. Və bunu, ilk dəfə namizədliyini verənlər, yaxud indiyə qədər deputat seçilməyənlər edirsə, yenə hardasa anlamaq olar.

Ancaq bu hərəkəti 15-20 il deputat vəsiqəsi gəzdirən, sonra da bir günün içində “buyruq qulu” olduğunu etiraf edərək, “özünü buraxan”, lakin buna qədər xalqın, xüsusilə də onun müdafiəsiz kəsimi olan uşaqların və yaşlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına aid bütün çağırışların, təkliflərin əleyhinə çıxış edən, pensiya yaşının artırılmasını can-başla müdafiə edən və bunun doğru addım olduğunu hər cür ikrah hissi yaradan ağ yalanlarla əsaslandırmağa çalışan, xalqın ziyalısını, müəllimini, cavanını, qocasını aşağılayan, səviyyəsiz açıqlamalar verən, xalqın güzəranının yaxşılaşdırılmasından başqa nəyə desən səs verməyə hazır, nə şəxsi mövqeyi, nə iradəsi olan, məddahlığı, yalanı, saxtakarlığı yağ-bal kimi yeyən, sonra da camaata yedizdirən, hələ birazını da öz üz-gözünə sürtən bəzi namizədlər edəndə, kənardan çox eybəcər görünür...

Və bunu edən belələrindən sadəcə soruşmaq istəyirsən – axı hansı üzlə???

Özlərinin yanağından yağ daman və “pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir” deyənlər bütün bizneslərindən, mülklərindən, yığdıqları haram milyonlardan məhrum olmayınca, özləri şəkil çəkdirdikləri həmin yaşlı, beli bükülmüş, normal qidalana bilmədiklərindən bir dəri-bir sümük qalan qoca nənə-babaların pensiyasına möhtac qalmayınca, belə rəzil və ucuz mənzərələr gözlərimizi çox “mozol” edəcək...

Cəlal MƏMMƏDOV 

AzPolitika.info





635x100

Şərhlər

Tanish 2020-02-02 14:09:21

Meni bunlardan daha cox Tahir bey maraqlandirir, o birileri demek olar ki, hec bir xidmeti olmayan xaldin dushmenidirler. Eh Tahir bey duz 30 il bundan qabaq Garbacova hokum oxuyurdun, yegane heqiqi secilen deputatlardan hesab olunurdur. Indi gor ne gune qalmisan, axi ayibdir, yashli, agbircek, bezilerinin sifetlerindende gorunduyu kimi saglamligimda problem olan insanlari incitmeyin. Gedin milletden yapishin.

Əliməmməd 2020-01-29 14:14:51

Ay "deputatlar"! Bu yazıq qoca arvadın nə günahı var ki,onü sürüyüb şəkil çəkdirirsiniz? BU boyda günah sahibləri necə xalqın qeydinə qalar? BU namizədlər özlərini göstərməyin yolunu belə bilmirlər.Bunlardan MM nə xeyir görəcək?ni

Əlirza 2020-01-29 14:07:49

BUnlardakı sifətə diqqət edin.Sifətlərindən abırsızlıq tıkülür. .... , ..Bunların artıq arxivlik olduqlarındanf xəbərləri yoxdur?

Millikişi 2020-01-29 10:44:10

Çox sağ olun Calal müəllim! Həmişə olduğu kimi beyin fırtınası yaratdınız bu məqalənizlə. Bax o adyala bürünmüş nənənin çiyninə əlini qoyan Zori Balayana oxşayanı məni lap əsəblədirdi

Şəki 2020-01-28 23:05:37

Bələdiyyə seçkisi bir daha göstərdi ki, seçki boş şeydir, təyinatla həyata keçirilir ?

RÜŞVƏTXOR 2020-01-28 16:27:31

Müəllim Cəlal Məmmədova əhsən! Çox lazımlı və hər jurnalistin ağlına gəlməyən faktı hədəfə alıb. TƏndiqi və həqiqiəti də öz yerində. O ki qaldı utanmaq və oynamaq məsələsinə, siyasət şairlik və filosofluq deyil. Siyasətdə bir ana qanun var: məqsədə çatmaq üçün hər vasitəyə əl at. Millətin nifrətini hamılıqla qazanmş MM deputatlarının hamısı üçün əsas məsələ qutudan deputat çıxmaqdır. Bunun üçün isə göründüy kimi hər siyasi, yalan, minsifətli şoular göstərirlər. Yaxşı deyiblər, siyasətçi ilə fahişə arasında fərq yoxdur.

Ehsan 2020-01-28 13:18:20

Seçə yaramaz deputatlar! Bunlarda həya.abır olsa özlərini asarlar.Amma...

rafael 2020-01-28 12:24:14

DEPUTAT TƏBLİĞATI tamam başqa şeydir,gərək həmin adam öz məqsədini - düzgün deyə bilsin fini desin.Deyə bilməz asından başlayaraqbu cür savadsız-səviyyəsiz özünü Reklam

Cəmşid Dərələyəzli 2020-01-28 11:47:05

Ölkə nənələşib xəbərimiz olmayıb. Bəyəm bu ölkədə əli öpüləcək orta nəsil bele qamayıbmış. Ayıbdır, bu nənələri öz paslı siyasetinize alet etmeyin.

Elşen 2020-01-28 10:27:57

Ehsen size çox gözel analiz etmisiz veziyeti.Bele yerde deyibler atalar utanmasan oynamağa ne var.

Elgüc 2020-01-27 21:30:38

Müəllifin yazı tərzinə və mövzunun vacibliyinə əhsən.

AQAYEV 2020-01-27 21:17:29

UTANMASAN oynamaqa nə var ki,onların sifəti...

Müəllim 2020-01-27 20:45:18

Obyektiv təhlilə görə müəllifə təşəkkür edirəm!

semed 2020-01-27 19:40:42

deputat olduqlari muddetde niye gedib o qapilari doymurduler.inanin ki secilseler yene kohne hamam kohne tas olacaq

Azəri 2020-01-27 19:32:50

Anti milli deputatlar əl-əayağa düşüblər.. yenə bir neçə il ciblərinə işləmək istəyirlər. Anti milli ona görə deyirəm ki 20-25 il millətin xeyrinə bir söz demədilər. Ancaq pultla robot kimi lehinə səs verməklə məşğul oldular. Bir də ki cibləri...

pensioner 2020-01-27 19:25:02

MEYMUNLUQ ETMƏK LAZIM DEYİL

vətəndaş 2020-01-27 19:20:53

Belə səviyyəsiz insanlar indiyə qədər hansı ağılla deputat olub .....Bu adamlar ayıb qanmır,dövlət başa düşmür.b'

Efrail Seferov 2020-01-27 17:20:51

utanmasan oynamaqa ne var.

Elli 2020-01-27 17:13:10

Düz deyirsən, düz sözə nə deyəsən. Çox sağ ol.

Son yazılar