Türkiyədə zəlzələdə ölənlərin sayı 41-ə çatıb

Türkiyədə dağıntılar altında qalmış sonuncu şəxsin də meyiti çıxarılıb.

APA-nın məlumatına görə, bununla da, zəlzələdə ölənlərin sayı 41-ə çatıb.

Təbii fəlakət nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar