BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

635x100

Şərhlər

BDUnun tələbəsi 2020-01-27 21:28:38

Aydın məllim başımıza o qədər oyun açıb süni bürokratiya yaratmışdı ki, əcəb oldu çıxardılar. Allah məzlumların səsini eşidəndir. Çox şükür!

Son yazılar