AMB-də baş direktorların sayı yeddiyə çatdırılıb
Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir yeni baş direktor təyinatı həyata keçirilib.
“APA-Economics”in AMB-nin saytına istinadla verdiyi xəbərə görə, bu, Fərid Tofiq oğlu Osmanovdur. Bununla da AMB-də baş direktorların sayı yeddiyə çatdırılıb.
Qeyd edək ki, F. Osmanov əmək fəaliyyətinə 2005-ci ildə Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyalarının inkişafı şöbəsində aparıcı mütəxəssis vəzifəsində başlayıb, 2006-cı ildən həmin şöbədə baş mütəxəssis, 2007-ci ildən həmin departamentin İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi, 2010-cu ildən isə həmin departamentin direktor müavini-İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi vəzifələrində çalışıb. 2013-cü ilin avqust ayindan 2014-cü ilin sentyabr ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.
2014-cü ilin sentyabr ayından 2015-ci ilin sentyabr ayınadək Böyük Britaniyanın Mançester Universitetində təhsil alıb. 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.
Şərhlər
Bu necə universitetdir ki,bir il ərzində bitirilir?Deməli bu yalnız təkmilləşmə kursu ola bilər.Ona görə belə şişirtmələrə yol vermək doğru deyil.