Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib.

"Report"un məlumatına görə, rəqib yenə Şimali Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları 68-ci dəqiqədə Mustafa Yıldırım, 90-cı dəqiqədə isə Samir Abdullayev vurub. Bununla da Antalya toplanışı 3 qələbə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq görüşündə "Alanyaspor"u 4:2 hesabı ilə yenib. Daha sonra isə elə Şimali Makedoniya məğlub edilib - 2:0.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar