ÇİNDƏKİ EPİDEMİYANIN GERÇƏK MİQYASI GİZLƏDİLİR? - Dəhşətli görüntülər + VİDEO

Çində artıq bir neçə gündür davam edən və mütəxəssislərin hələ də əlac tapa bilmədikləri koronovirusun yaratdığı fəsadlarla bağlı kifayət qədər ziddiyyətli məlumatlar yayılır.

“AzPolitika.info” xəbər verir ki, rəsmi məlumatlarda ölənlərin 81 nəfər, xəstəliyə yoluxanlarınsa 3 minə yaxın olduğu bildirilsə də, digər mənbələrdə və sosial şəbəkələrdə fərqli məlumatlar və daha böyük rəqəmlər səsləndirilir.

Artıq bir çox ölkələrin Çinlə nəqliyyat əlaqəsini kəsməsi, aviareyslərin dayandırılması, qonşu dövlətlərin bu ölkə ilə sərhədləri demək olar bağlaması, Çindən mal idxalına məhdudiyyət qoyulması və digər amillər epidemiyanın gerçək miqyası ilə bağlı tamamilə başqa təsəvvür yaradır.

Aşağıda təqdim etdiyimiz və Çinin sosial şəbəkələrindən götürülən məlumatlara əsaslanan videoda epidemiyanın mərkəzindəki durumla bağlı dəhşətli görüntülər yer alır və iddialar irəli sürülür.

Burada səsləndirilən məlumatlara görə, əslində olənlərin sayı 100 mini, xəstəliyə yoluxanların sayı isə 1 milyonu keçir. Bildirilir ki, xəstəliyin episentrinə yaxın ərazidə yaşayan 60 milyondan artıq insanın əyaləti tərk etməsinə qadağa qoyulub. İnsanların ərazini tərk etməsinin qarşısının alınması üçünsə hətta ordu hissələrindən istifadə olunduğu iddia edilir.

Əlbəttə ki, sosial şəbəkədə yayılan məlumatların tam həqiqətə uyğun olduğunu iddia etmək doğru olmaz. Lakin artıq virusun Çin sərhədlərini keçməsi, ABŞ, Hindistan və digər bir çox ölkələrdə qeydə alınması təhlükənin rəsmi məlumatlarda göstərilənlərdən daha böyük olmasından xəbər verir.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu virusun Çinə kənardan, daha konkret desək, ABŞ tərəfindən ixrac olunduğunu iddia edib. Təqdim etdiyimiz videonun da sonunda bu virusun məqsədli şəkildə yayıldığı ehtimalı səsləndirilir. 

635x100

Şərhlər

Firdovsi 2020-01-28 07:09:03

Deyir mal bir yere - guman min yere. Ferziyyeler de ki N qeder. Beledirse onda bele de demek olar ki çinin ozu narahat olub oz ehalisinin sixligindan. Ustegel - cinlilerin turklere qarwi etdiklerini kimin boynuna yazaq? Bes niye demirsen ki muselmanlarin Allahi nikolayin evini yixan kimi indi de bu cinlileri bu cur cezalandirir? Suda quruda bir dene qurd quw qoymayib hamisini yeyir bunlar.

t.ədalət 2020-01-28 00:15:12

ÇİN-in inkişafından daha çox narahat olan Rusiyadır.Rusiya hiss edir ki, əhalinin artımı tədricən Rusiya ərazilərinin itirilməsinə səbəb olacaq.Belə olanda,virusun kim tərəfindən yayıldığı da aydın olur..

Son yazılar