Bakıda keçirilən Avropa Liqasının finalına 13,3 milyon manat xərclənib

UEFA Avropa Liqasının 2018/19 mövsümünün Bakıda keçirilən final oyununa xərclənən vəsaitin məbləği məlum olub.

Apasport.az saytının məlumatına görə, bu rəqəm AFFA-nın bu gün “Bulvar otel”də keçirilən növbəti Konfransında açıqlanıb.

Assosiasiya rəsmisi Xalid Cavadov bildirib ki, ötən ilin mayında keçirilən “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

Qeyd edək ki, finalda “Çelsi” 4:1 hesabı ilə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar