Türkiyədə koronavirusa yoluxma təhlükəsi - 12 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Kappadokiya bölgəsində səfərdə olan 10 çinli turist və 2 Türkiyə vətəndaşı koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aksaray valisi Əli Mantı mətbuat konfransında bildirib.

"Xəstəliyin simptomları turistlərdən birində ortaya çıxıb, həkimlər onunla təmasda olan daha 9 nəfəri, həmçinin bələdçi və avtobus sürücüsünü ehtiyat tədbiri olaraq nəzarətə götürüblər”, - o deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar