"Rəşad Camalovun imicinə ziyan vurmağa çalışılır" - Deputatlığa namizədin vəkili açıqlama yaydı

46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Rusiya vətəndaşlığının olması və bunun seçki qanunvericiliyinə zidd olduğuna dair bir çox mətbu orqanlarda iddialar yer alıb.

Bununla bağlı Rəşad Camalov vəkili Bəxtiyar Babayev tərəfindən Kütləvi İnformasiya Vasitələrinə açıqlama göndərilib.

Açıqlamada bildirilir: "Seçki kampaniyasına hazırlıq, eyni zamanda, bu kampaniyanın uğurla, müvəffəqiyyətlə həyata keçirilməsi kifayət qədər böyük həssaslıq, məsuliyyət tələb edir. Seçki taktikasının adekvat şəkildə müəyyənləşdirilməsi, seçicilərin arzu, istək və maraqlarının dolğun şəkildə ifadə olunması layiqli namizədlərin seçilməsi baxımından vacib  mərhələlərdən sayılır. Bu mərhələdə seçki strategiyasının müəyyənləşdirilməsi ilə bağlı atılan addımlar nəticə etibarilə seçki kampaniyasının gedişində böyük əhəmiyyət kəsb edir. Başqa sözlə seçki kampaniyasının nə dərəcədə uğurlu alınması bu mərhələdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, atılan addımlardan əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhrələnib, cənab Prezident İlham Əliyevin gənclərə verdiyi önəmdən ruhlanaraq Rəşad Camalov həmyerlilərinə dəstək olmaq məqsədilə 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb.

Güman edirik ki, bundan ehtiyatlanan və Şirvan əhalisi arasında nüfuzu görən bəzi şəxslər ona qarşı qara piar kampaniyasına başlayıblar. Belə ki, həqiqətə uyğun olmayan məlumatlar və şəkillər paylaşmaqla cəmiyyətdə onun mənfi obrazını yaratmağa çalışırlar.

Elçin Salamov adlı şəxs bir sıra sosial şəbəkələrdə Rəşad Camalov barəsində yalan məlumatlar ötürməklə imicinə ciddi ziyan vurmağa çalışır. Məqsəd bu məlumatları paylaşmaqla hansısa maddiyat əldə etməkdir. Bu əqidədə olan insanlar bilməlidirlər ki, belə paylaşımlarla nəyəsə nail ola bilməzlər. Elçin Salamov və onun himayədarları bu yalan məlumatlarla Rəşad Camalovu dəstəkləyən Şirvan sakinlərinin yanında olan nüfuzuna xələl yetirə bilməz.

Media qurumları şər və böhtanla dolu olan yazılara əhəmiyyət verməməli və yalnız faktlara əsaslanan yazılar dərc etməlidirlər. Belə hallara yol verənlər qanun çərçivəsində məsuliyyət daşıyırlar.

Bu kimi yalan məlumatları paylaşmağa davam etsələr, qanuna müvafiq qaydada hüquqlarımızı müdafiə etmək məcburiyyətində qalacağıq".

635x100

Şərhlər

resad 2020-01-29 16:47:18

utanmirsizmi imam ovladina şer atmaga.ahahahahaha

Seçici 2020-01-28 14:53:24

Kimdi layiqli namizəd??? Kimi aldadırsız????

Kərimov Sahib 2020-01-28 13:37:16

Deputatlığa namizəd olma şərtlərinə Camalov uyğun gəlirmi? Axı o Rusiya vətəndaşıdır! Onu namizədliyə verən və namizədliyini təsdiq edən bunu bilmir? Yoxsa hər şeyi pul həll edib?

Son yazılar