Gürcüstan müxalifəti etiraz aksiyalarını bərpa edir

Gürcüstanın müxalifət partiyaları etiraz aksiyalarını bərpa etməklə bağlı qərar qəbul ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, Avropalı Gürcüstan Partiyası fevralın 4-də aksiyanın keçirilməsi ilə bağlı Tbilisi meriyasına müraciət təqdim edib.

Sənəddə aksiyanın parlamentin binası qarşısında təyin olunması ilə bağlı xəbərdarlıq yer alıb.

Avropalı Gürcüstan Partiyasından bildirilib ki, aksiyaya bütün müxalifət partiyaları qoşulacaq.

Qeyd edək ki, Gürcüstan parlamentinin binasının qarşısı yanvarın 22-dən etibarən bağlanıb. Tbilisi meriyası ərazidə təmir-bərpa işləri həyata keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar