Bu il hansı yollar təmir ediləcək?

“2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında qurumun sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.

S. Məmmədov əlavə edib ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376,6 km uzunluğunda 56 layihə başa çatıb: “Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar