BİRİ ASİYANI, O BİRİ AVROPANI  QORXU ALTINDA SAXLAYIR!

ABŞ-ın ”The Wall Street Journal “qəzeti Çin və Rusiya liderlərinin Asiya və Avropada yaratdıqları təhlükələrdən bəhs edən məqalə dərc edib, onların oxşar və fərqli cəhətlərini araşdırıb. AzPolitika.info “Asiyada gərginlik səviyyəsi azalır, ancaq Avropada Putin vəziyyəti qızışdırır” adlı maraqlı məqalənin tərcüməsini təqdim edir.

Çinin ərazi iddiaları üzündən Asiyadakı dartılmış gərginlik ”sancıları” aşağı düşməyə başlayıb. İndi yalnız Rusiya Avropaya döğru masştablı genişlənmək cəhdləri ilə Ukraynaya müdaxilə etməklə gərginlik dərəcəsini artırır. Bu cür hərəkətlər müxtəlif xarakterləri və müxtəlif taktiki-strateji resursları olan iki ambisiyalı lideri – Çinin başçısı Si Çzinpini və Rusiya Federasiyasının prezidenti Vladimir Putini diqqət mərkəzində saxlayır.

Si Çzinpini və Vladimir Putini ümümi olaraq çox şey birləşdirir. Onların hər ikisini milli qürurun alçaldılmasının dərin hissləri və Qərbə qarşı olan acıqlı münasibət hərəkətə gətirir. Rusiyanı indiyədək Sovet İttifaqının dağılması kabusu təqib edir, çinliləri isə imperializm dövründəki “yüz illik aşağılanmanın” xatirələri “zəhərləyir”. İstənilən münasib şəraitdə onlar diplomatik sferada ABŞ-a qarşı birləşirlər. Si Çzinpin və Vladimir Putin özlərini milli dirçəlişin memarları sayırlar və bu ruh onları öz dövlətlərinin periferiya vəziyyətini dəyişməyə məcbur edir. İki il əvvəl Si Çzinpin hakimiyyətə gələn zaman regiona aid olan məsələlərdə Çinin sərt siyasi xətt həyata keçirməsini təklif etdi və bu da onların siyasi kurslarına yeni impuls verdi.

Nəticədə ilk əsas zərbə ABŞ-ın iki müttəfiqi olan Yaponiya və Filippinin üzərinə düşdü. Çinin hərbi gəmiləri Şərqi–Çin dənizindəki Yaponiyaya məxsus adalara tərəf yığıldılar. Çinlilər həmçinin öz əsas bazalarından uzaqlaşan Filippinli dəniz piyadalarına da təzyiq göstərdilər. Çin ordusunun əsgərləri Hindistanın nəzarətində olan quru sərhəddindəki mübahisəli sahəyə də soxuldular. Bunlardan başqa Çinin dövət enerji şirkəti Vyetnama məxsus olan dəniz sahillərinə nəhəng neft platforması gətirərək həmin ərazilərə iddialı olduğunu göstərdi. Belə bir addım hər ik ölkə arasında dərin böhranın yaranmasına səbəb olmuşdu.

Yaponiyanın baş naziri Sinze Abe bu hadisələr fonunda xəbərdarlıqla bildirmişdi ki, “indi Asiya İkinci Dünya Müharibəsinin astanasındakı Avropanı xatırladır”.

Ancaq bütün bunlara baxmayaraq, hal-hazırda həmin gərginlikər tədricən səngiyib. Cənab Si Çzinpin bu yaxınlarda Hindistana səfər etmişdi. Çin öz neft platformasını Vyetnamdakı mübahisəli sulardan da uzaqlaşdırıb. Yaponiya isə Senkaku adası ətrafındakı Çin hərbi gəmilərinin azaldığı barəsində məlumat yayıb. Həmçinin yapon və çinli diplomatlar artıq bir neçə görüş də keçiriblər. İndi hətta bu ilin axırında Pekində keçiriləcək Asiya-Sakit Okean forumu çərçivəsində Sinze Abe ilə Si Çzinpin arasında sammittin təşkil ediməsi təkilifi də səslənir. Bu cür gərgin hadisələrin yaşanmasına baxmayaraq, ABŞ-ın nəzərlərinin Asiyaya tərəf çevrilməsi ikinci plana keçib. Ona görə ki, Barak Obama Rusiyanın Ukraynaya təcəvüzü problemini həll etmək və “İslam Dövləti” ilə mübarizə aparmaq məcburiyyətindədir. Şübhə yoxdur ki, Çin tərəfindən olan təhlükə qətiyyən yoxa çıxmayıb. Amma Si Çzinpin müvəqqəti olsa da, öz yanaşmalarına və hərəkətlərinə ara verib. Çinlilərdən fərqli olaraq, məhz belə bir vaxtda Vladimir Putin Qərbin sərt sanksiyaları altında açıq qarşıdurmaya gedir. Bu isə aydın şəkildə Rusiya və Çin liderləri arasında müxtəlif xarakterlərin olmasını göstərir. Onların ixtiyarındakı resurslar da müxtəlifdir.

Putin özünün avantürist olmasını nümayış etdirdi. O, çox da dərindən düşünmədən NATO və Avropa Birliyinin qarşısını almaq məqsədi ilə Ukraynaya güc tətbiqinə başladı. Krımın ilhaqından sonra rus qoşunları separatçıları müdafiə etmək üçün Ukraynanın şərq vilayətlərinə soxuldu. Kreml bütün bu ittihamları rədd edir. NATO güclərinin Avropadakı baş komandanı Filip Bridlav bəyan edib ki, hazırkı atəşkəs və sakitçilik “yalnız sözdə” mövcuddur. Putinin “böyük Rusiyanı” dirçəltmək məqsədi ilə Pribaltika macəralarına baş vurması təhlükəsi Avropanı bərk narahat edir.

Si Çzinpin isə xeyli dərəcədə ehtiyyatlı davranır. Bu yaxınlarda nəzarətdən çıxa biləcək çox təhlükəli vəziyyət yaranmışdı. Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin ABŞ-ın ”P-8” kəşfiyyat təyyarəsinin tam yanında öz oxu ətrafında 360 dərəcəlik fırlanma hərəkətlərini nümayiş etdirməsi böyük gərginlik yaratmışdı. Cənab Si Çzinpin həqiqətən də iki böyük dövlət arasında münaqişə və qarşıdurmaya səbəb ola biləcək hadisələrin törənməsindən həmişə ehtiyat edib. Çin rəhbəri hər şeyə çox diqqətlə yanaşır. Hal-hazırda Çin yüksəliş istiqamətində sürətlə irəliləyir, Rusiyada isə xeyli vaxtdır ki, tənəzzül müşahidə olunur. İndi zaman Si Çzinpinin tərəfindədir və o, hesab edir ki, Asiya dövlətləri Çinin inkişaf edən iqtisadiyyatını və artan hərbi büdcə istiqamətindəki trayektoriyasını diqqətlə izləyəcək və bir güllə atmadan da onların iradəsinə tabe olacaqlar.

Ərazilərin genişləndirilməsi planına maliyyə imkanları baxımından yanaşdıqda, Çİn ilə Rusiya arasındakı xeyli böyük fərqin mövcudluğu aydın şəkildə görünər. Zəif Rusiya iqtisadiyyatı neft və qazın ixracına söykənib. Çin sənaye nəhəngidir və onun valyuta ehtiyyatının ümumi həcmi 4 trilyon dollar təşkil edir. Ona görə də, cənab Si Çzinpin regiondakı təhlükələri kifayət qədər maliyyə imkanları hesabına önləyə bilər. Çinin ABŞ üçün təhlükəli həddə çatması uzunmüddətli perespektivə aid olan məsələ hesab edilsə də, ancaq indiki fəaliyyət və davranışları ilə Rusiya pezidenti Putin daha yaxın zamanda təhlükəli ola bilər.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar